İnfantinonun vəzifəsini vaxtından əvvəl tərk etməsi gündəmə gəlib
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonun kommersiya hüquqları ilə bağlı təşəbbüsü futbol ictimaiyyətində narazılıq yaradıb. Məlumata görə, bu addım onun təşkilatdakı mövqeyini zəiflədə bilər.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, İnfantino FIFA Forward Enterprise (FFE) adlı törəmə struktur yaratmağı və dünya çempionatlarının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırır.
Bildirilir ki, təşəbbüsə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), Asiya Futbol Konfederasiyası (AFC), eləcə də Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) etiraz edib.
Məqalədə qeyd olunur ki, yaranmış vəziyyət İnfantinonun FİFA prezidenti postunu vaxtından əvvəl tərk etməsi ilə bağlı müzakirələri gücləndirib.
02:30 05.08.2026
Oxunuş sayı: 55