Rusiya Niderland fondunu "arzuolunmaz təşkilat" elan etdi
Rusiya Baş Prokurorluğu Niderlandda fəaliyyət göstərən Dalan Fund hüquq müdafiə təşkilatının fəaliyyətini ölkə ərazisində arzuolunmaz elan edib.
Crossmedia.az xəbər verir ki, "İnterfaks" bu barədə Rusiya Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, Baş Prokurorluq Dalan Fund təşkilatının Rusiyadakı fəaliyyətinin "arzuolunmaz" hesab edilməsi barədə qərar qəbul edib.
Qurum qərarın səbəbləri və təşkilata qarşı irəli sürülən konkret iddialarla bağlı əlavə məlumat açıqlamayıb.
Rusiya qanunvericiliyinə əsasən, "arzuolunmaz" elan edilən xarici təşkilatların ölkə ərazisində fəaliyyəti qadağan olunur. Onlarla əməkdaşlıq edən şəxslər isə inzibati və ya cinayət məsuliyyəti ilə üzləşə bilər.
17:28 03.08.2026
Oxunuş sayı: 55