Elgün Kərimli Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə uduzub
Azərbaycanın sərbəst güləşçisi Elgün Kərimli Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə uduzub.
Crossmedia.az-ın məlumatına görə, 92 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində hindistanlı Sakşam Fnuya (5:5) sonuncu xal prinsipinə əsasən məğlub olub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:39 01.08.2026
Oxunuş sayı: 59