Turan Quliyev Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə məğlub olub
Azərbaycanın sərbəst güləşçisi Turan Quliyev Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşündə məğlub olub.
Crossmedia.az-ın məlumatına görə, 71 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qazaxıstanlı Adilet Risbaya 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
11:54 01.08.2026
Oxunuş sayı: 62