İtaliyada güclü zəlzələ olub: 10 nəfər yaralanıb
İtaliyanın cənubunda, Neapol yaxınlığındakı Kampi Fleqrey bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin təxminən 3 kilometr dərinliyində qeydə alınıb. Təbii hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.
Bildirilir ki, yeraltı təkanlar yaşayış və digər tikililərə ciddi ziyan vurub.
Hadisə yerində xilasedicilər və fövqəladə xidmət əməkdaşları fəaliyyət göstərir, dağıntıların miqyası dəqiqləşdirilir.
09:25 01.08.2026
Oxunuş sayı: 63