BMT-nin Baş katibi təyyarə qəzası ilə bağlı başsağlığı verib
BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Bunu Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.
O bildirib ki, faciə ilə bağlı A.Quterreşin tezliklə başsağlığı məktubu paylaşılacaq.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır. (report)
03:58 26.12.2024
Oxunuş sayı: 3907