CROSSMEDIA - Təyyarə qəzasında həlak olanlar üçün Azərbaycanın Gürcüstandakı səfirliyində başsağlığı kitabı açılıb
Gündəm

Təyyarə qəzasında həlak olanlar üçün Azərbaycanın Gürcüstandakı səfirliyində başsağlığı kitabı açılıb

“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazisində 26 dekabr tarixində matəm elan olunub.

Bu məqsədlə, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində bayraqlar endirilib.

Eyni zamanda, səfirlikdə başsağlığı kitabı açılıb.

Başsağlığı qeydləri elektron qaydada [email protected] ünvanında da qəbul ediləcək. (Azərtac)

03:47 26.12.2024

Oxunuş sayı: 3344

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR