Rusiyada “Telegram”a son qoyula bilər? – Sensasion açıqlama
Rusiyanın Rəqəmsal İqtisadiyyatın İnkişafı Fondunun İdarə Heyətinin sədri German Klimenko “Telegram” messencerinin Rusiyada ekstremist təşkilat kimi tanınması ehtimalının çox yüksək olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, messencerin sərt məxfilik siyasəti “Telegram”ı Rusiya ərazisində diversiyaların və Ukrayna xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyası üçün əsas platformalardan birinə çevirib.
Məlumata görə, Dövlət Dumasında və güc strukturlarında “Telegram”ın sahibi Pavel Durovun yanğınların törədilməsini təşkil edən şəxslərin izlənməsi məsələsində Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıqdan imtina etməsindən narazılıq artır.
“Telegram” ekstremist təşkilat kimi tanınarsa, Rusiyada platformadan istifadə, orada reklam yerləşdirmək və hətta messencerin loqosunu ictimai şəkildə nümayiş etdirmək cinayət məsuliyyəti ilə nəticələnə bilər. Bu, “Meta” şirkətinin sosial şəbəkələrinə tətbiq olunan məhdudiyyətlərə bənzər şəkildə həyata keçirilə bilər.
18:24 29.07.2026
Oxunuş sayı: 39