İsrail ordusu Livanın cənubunu atəşə tutub
İsrail ordusunun Livanın cənubundakı “Əli ət-Tahir” bölgəsinə yandırıcı mərmilərlə hücum etdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, İsrail ordusu bölgəyə bir neçə yandırıcı mərmi atıb. Hadisənin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.
17:29 29.07.2026
Oxunuş sayı: 41