Lavrov: Rusiyanın sağlam qəzəbə ehtiyacı var
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin xarici siyasətdə daha sərt və ehtiyatlı yanaşma sərgiləməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Lavrovun sözlərinə görə, Rusiyanın xarici cəbhədə “sağlam qəzəbə” ehtiyacı var.
“Bizə xarici cəbhədə sağlam qəzəb lazımdır. Heç bir isterikaya qapılmadan özümüz üçün belə nəticə çıxarmalıyıq: Yalnız yoxla! Etibar məsələsinə sonra baxarıq, amma əvvəlcə yoxlamaq, ən əsası isə öz xəttini davam etdirmək lazımdır”, – deyə Lavrov vurğulayıb.
15:04 29.07.2026
Oxunuş sayı: 42