CROSSMEDIA - Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb
Gündəm

Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı verib. Başsağlığı məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatı ilə bağlı faciəli xəbəri dərin hüznlə və kədərlə qarşıladım.

Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bütün zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirik".

01:17 26.12.2024

Oxunuş sayı: 3556

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR