CROSSMEDIA - Baş Prokurorluq qazaxıstanlı həmkarlarla birlikdə təyyarə qəzasının baş vermə səbəblərini araşdırır
Gündəm

Baş Prokurorluq qazaxıstanlı həmkarlarla birlikdə təyyarə qəzasının baş vermə səbəblərini araşdırır

Azərbaycan Respublikasının Baş Prokurorluğu qazaxıstanlı həmkarlarla birlikdə “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasını araşdırır.

Bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclasında deyilib:

“Azərbaycan Respublikası Baş Prokurorluğunun qazaxıstanlı həmkarlarla birlikdə hadisənin baş vermə səbəblərini araşdırdığı və cinayət işi üzrə istintaq apardığı bildirildi. İstintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verildi”.

23:31 25.12.2024

Oxunuş sayı: 3658

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR