Parisdə bıçaqlı hücum: Üç qadın yaralandı
Fransanın paytaxtı Parisdə baş verən bıçaqlı hücum nəticəsində üç qadın yaralanıb.
Crossmedia.az xəbər verir ki, "Agence France-Presse" (AFP) Paris Polis Prefekturasına istinadən məlumat yayıb.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Le Parisien" nəşrinin yazdığına görə, hücum şəhərin şimal-şərqində baş verib. 31 yaşlı kişi üç qadına bıçaqla hücum edib. Yaralananlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Nəşrin məlumatına əsasən, saxlanılan şəxsin psixi pozuntudan əziyyət çəkdiyi bildirilir.
17:50 27.07.2026
Oxunuş sayı: 49