Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol şərti həbs cəzası alıb
Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol seçki qanunlarını pozmaq işi üzrə 18 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Seul Mərkəzi Rayon Məhkəməsi qərarında Yun Sok Yolu 2022-ci il prezident seçkiləri kampaniyası zamanı yalan bəyanatlar verməkdə təqsirli bilib.
Məhkəmə sabiq prezidentə 3 il sınaq müddəti təyin edib.
Qərar qüvvəyə minərsə və cəza ən azı 1 milyon von (təxminən 685 dollar) məbləğində cərimə və ya həbs nəzərdə tutarsa, "Xalqın Gücü" Partiyası qanuna əsasən prezident seçkisi kampaniyası xərclərinin qarşılanması üçün əvvəllər dövlət büdcəsindən ayrılmış 39,7 milyard vonu (təxminən 27,2 milyon dollar) geri qaytarmalı olacaq.
Qeyd edək ki, Yun Sok Yol daha əvvəl, iyunun 12-də Pxenyana pilotsuz uçuş aparatları göndərərək hərbi vəziyyət elan etmək üçün bəhanə yaratmaqda ittiham olunaraq 30 il həbs cəzasına məhkum edilmişdi.
14:34 27.07.2026
Oxunuş sayı: 54