ABŞ-nin Küveytdəki iki hərbi bazasına zərbə endirilib
ABŞ-nin Küveytdə yerləşən iki hərbi obyektinə zərbələr endirilib.
Crossmedia.az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu barədə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, "Əli əl-Salim" aviabazasında ABŞ ordusuna məxsus hərbi texnika anbarı, Patriot hava hücumundan müdafiə sistemi və MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdiyi anqar pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.
SEPAH-ın iddiasına görə, "Əl-Ədiri" hərbi bazasında isə ABŞ hərbçilərinin yerləşdiyi məntəqəyə və iki helikopter anqarına da zərbələr endirilib.
İran tərəfi hücumlar nəticəsində bir neçə ABŞ hərbçisinin həlak olduğunu və yaralandığını, həmçinin helikopterlərə və pilotsuz uçuş aparatlarına ciddi ziyan dəydiyini iddia edib.
Bundan əlavə, bəyanatda bölgədə ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinin də vurulduğu bildirilib.
ABŞ və Küveyt rəsmiləri hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.
12:27 23.07.2026
Oxunuş sayı: 59