Crossmedia.az sorğu ünvanladı: Problem həll olundu
Yasamal rayonu, Zahid Xəlilov küçəsində küçə zibil qutularının olmaması sakinlərin narazılığına səbəb olub.
Belə ki, ərazidə kiçik həcmli küçə zibil qutularının quraşdırılmaması sakinlərin məişət tullantılarının atılmasında çətinlik yaratdığı bildirilib. Nəticədə bəzi şəxslər İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq tullantıları küçəyə atır, bu isə ərazinin zibillənməsinə və antisanitar vəziyyətin yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Crossmedia.az Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə sorğu ünvanlayıb.
Qurum sorğuya operativ reaksiya verərək sözügedən küçədə zibil qutularının quraşdırılmasını təmin edib.
Məhəbbət Tərlanoğlu
12:10 23.07.2026
Oxunuş sayı: 139