ABŞ Nümayəndələr Palatası 1,15 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqlədi
ABŞ Nümayəndələr Palatası 1,15 trilyon dollar həcmində müdafiə siyasəti haqqında qanun layihəsini qəbul edib.
Crossmedia.az xəbər verir ki, qanun layihəsi 216 səs lehinə, 212 səs əleyhinə olmaqla təsdiqlənib.
Sənəd ABŞ ordusuna əlavə 60 milyard dollar maliyyə ayrılmasını nəzərdə tutur. Bildirilir ki, bu vəsaitin böyük hissəsinin İranla bağlı hərbi əməliyyatların xərclərinin qarşılanmasına yönəldilməsi gözlənilir.
Qanun layihəsi üzrə səsvermədə respublikaçıların altısı lehinə, yeddisi isə əleyhinə səs verib.
Sənəd növbəti baxılması üçün ABŞ Senatına göndərilib.
12:07 23.07.2026
Oxunuş sayı: 60