Trampın Səudiyyə Ərəbistanı ilə nüvə sazişi İsraildə narahatlıq yaradıb
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə mülki nüvə energetikası sahəsində əməkdaşlıq sazişini təsdiqləməsi İsraildə narahatlıq doğurub.
Crossmedia.az xəbər verir ki, "Yedioth Ahronot" bu barədə yüksək vəzifəli İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ administrasiyası saziş üçün Ər-Riyad ilə Təl-Əviv arasında münasibətlərin normallaşdırılmasını şərt kimi irəli sürmür.
Mənbələr hesab edirlər ki, bu yanaşma İsrailin Vaşinqtondakı təsir imkanlarının zəiflədiyini göstərir və Təl-Əvivin Səudiyyə Ərəbistanına təsir rıçaqlarından birini əlindən alır.
10:04 23.07.2026
Oxunuş sayı: 60