Polşa MiQ-29 qırıcılarını Ukraynaya vermək niyyətindədir
Polşa Ukraynaya təhvil verməyi planlaşdırdığı MiQ-29 qırıcıları ilə bağlı NATO üzvü olan adı açıqlanmayan bir dövlətdən sorğu alıb.
Crossmedia.az xəbər verir ki, "Radio ZET" bu barədə Polşanın milli müdafiə nazirinin müavini Pavel Zalyevskinin müsahibəsinə istinadən məlumat yayıb.
Nazir müavini bildirib ki, NATO müttəfiqinin müraciətinə baxmayaraq, Polşa üçün əsas prioritet həmin qırıcıların Ukraynaya verilməsidir.
Pavel Zalyevski jurnalistin söhbətin Bolqarıstandan gedib-getmədiyi ilə bağlı sualını isə cavablandırmaqdan imtina edib.
09:26 23.07.2026
Oxunuş sayı: 62