Yunanıstan Rusiyaya qarşı yeni Aİ sanksiyalarını bloklayıb
Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyalar paketi üzrə razılığa gələ bilməyiblər.
Crossmedia.az xəbər verir ki, "Politico" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Yunanıstan yanacaq daşımaları ilə məşğul olan dəniz nəqliyyatı sektorunun maraqlarını qorumaq məqsədilə sanksiyalar paketini bloklayıb.
Bildirilir ki, iyun ayında təqdim olunan paket enerji və ticarət sahəsində Rusiyanın hərbi büdcəsini zəiflətməyə yönəlmiş tədbirləri əhatə edir. Lakin müzakirələr zamanı Rusiya dəniz məhsullarının idxalına qadağa və rusiyalı hərbçilərə viza məhdudiyyətləri kimi bir sıra bəndlər yumşaldılsa da, yekun razılıq əldə olunmayıb.
"Politico" yazır ki, Afina xüsusilə Aİ şirkətlərinin Rusiya qazını Aİ-dən kənar ölkələrə satmasının qadağan edilməsinə etiraz edib. Yunanıstan hesab edir ki, bu məsələ Aİ liderlərinin əvvəlki razılaşmalarından kənara çıxır və belə daşımalar istənilən halda, sadəcə başqa ölkələrdə qeydiyyatdan keçmiş gəmilər vasitəsilə davam etdiriləcək.
Aİ diplomatı bildirib ki, səfirlər sanksiyalar paketini xilas etmək məqsədilə danışıqları cümə axşamı səhər yenidən davam etdirəcəklər.
09:14 23.07.2026
Oxunuş sayı: 60