Lavrov və Rubio arasında Manilada keçirilən görüş başa çatıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında Filippinin paytaxtı Manilada keçirilən danışıqlar başa çatıb.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə məlumat yayıb.
Məlumata görə, görüş 35 dəqiqə davam edib. ABŞ dövlət katibi Marko Rubionun rəsmi iş qrafikində Lavrovla görüş üçün təxminən yarım saat vaxt ayrılmışdı.
Danışıqlar Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) xətti üzrə keçirilən tədbirlər çərçivəsində baş tutub.
Görüşün gündəliyi və əldə olunan nəticələrlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
08:56
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada görüş keçirirlər.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə məlumat yayıb.
Məlumata görə, Lavrov görüş ərəfəsində bildirib ki, ABŞ dövlət katibi ilə Rusiya - Ukrayna müharibəsinin nizamlanması məsələsində Vaşinqtonun hazırkı mövqeyini dəqiqləşdirmək niyyətindədir.
Tərəflərin görüşündə Ukraynadakı vəziyyət və ikitərəfli gündəlikdə yer alan digər məsələlərin də müzakirə ediləcəyi gözlənilir.
10:16 23.07.2026
Oxunuş sayı: 80