Zelenski və Trampın nümayəndələri arasında kritik görüş keçirilib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə müharibənin sona çatdırılması məqsədilə diplomatik danışıqların yenidən bərpası ilə bağlı ideyaları müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Axios ˝məlumat yayıb. Bildirilir ki, görüş zamanı tərəflər Ukrayna münaqişəsinin həlli istiqamətində mümkün diplomatik təşəbbüsləri və danışıqlar prosesinin yenidən canlandırılması yollarını nəzərdən keçiriblər.
21:04 22.07.2026
Oxunuş sayı: 55