Baydenin yeni biznesi gündəm oldu
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden öz rəsm əsərlərini 54 min dollara satmağa çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝New York Post˝ məlumat yayıb.
Məlumata görə, əsərlərin qiymətinə Hanter Baydenlə videobağlantı vasitəsilə söhbət etmək imkanı da daxildir. Bu zaman o, alıcıya aldığı rəsm əsəri barədə məlumat verir.
Nəşrin yazdığına görə, Hanter Bayden əsərlərinin tanıdılması üçün sosial şəbəkələrdə geniş kampaniyaya başlayıb və milyonlarla izləyicisi olan influenserlərdən istifadə edir.
20:40 22.07.2026
Oxunuş sayı: 55