Krımda vəziyyət gərginləşir: sakinlərə su yalnız gündə 3 saat veriləcək
Krımın Yalta şəhərində elektrik enerjisinin kəsilməsi ilə əlaqədar suyun verilməsinə məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, su təchizatı hər gün 19:00-dan 22:00-dək həyata keçiriləcək.
Məhdudiyyətlərin nə qədər müddət davam edəcəyi barədə məlumat verilməyib.
Bundan əvvəl Krımenerqo şirkəti Ukrayna Silahlı Qüvvələrinin hücumları səbəbindən yarımadanın cənub sahilində bəzi yaşayış məntəqələrinin elektrik enerjisiz qaldığını açıqlamışdı. Şirkətin məlumatına görə, Krımın şimal-qərb və şərq hissələrində vəziyyət mürəkkəb olaraq qalır.
20:24 22.07.2026
Oxunuş sayı: 55