Zelenskiyə siyasi rəqib: Zalujnının populyarlığı rekord həddə çatıb
Ukraynanın Rating Group şirkətinin iyulun 20–21-də keçirdiyi yeni sorğuya əsasən, ukraynalıların ən çox etimad göstərdiyi siyasətçi və ictimai xadimlər arasında keçmiş Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı lider olaraq qalır.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Sorğunun nəticələrinə görə, Zalujnıya respondentlərin 70 faizi etimad göstərir.
Reytinqdə ilk yeddilik belədir:
▪️ Valeri Zalujnı – 70%
▪️ Mixail Fedorov – 65%
▪️ Kirill Budanov – 62%
▪️ Volodimir Zelenski – 59%
▪️ Aleksandr Usik – 54%
▪️ Aleksandr Sırski – 23%
▪️ Pyotr Poroşenko – 21%
Sorğunun əsas diqqətçəkən məqamı Mixail Fedorova olan etimadın qısa müddətdə kəskin artması olub. Bildirilir ki, onun göstəricisi bir həftə ərzində 35 faizdən 65 faizə yüksəlib.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin reytinqi 39 faizdən 23 faizə düşüb.
19:08 22.07.2026
Oxunuş sayı: 50