Nəhəng gəmiçilik şirkəti Ukrayna limanını tərk edib
Danimarkanın gəmiçilik şirkəti ˝Maersk˝ təhlükəsizlik riskləri səbəbindən Ukraynanın ən böyük limanlarından biri ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şirkətdən bildirilib ki, Çornomorsk limanında boşaldılması planlaşdırılan idxal yükünü daşıyan gəmi marşrutunu dəyişərək Rumıniyanın Konstansa limanına yönləndirilib.
Qərarın bölgədəki təhlükəsizlik riskləri ilə əlaqədar qəbul edildiyi qeyd olunub.
18:39 22.07.2026
Oxunuş sayı: 59