Hindistan Rusiya neftinin idxalını kəskin artırıb
Hindistanın neft emalı zavodları (NEZ) Rusiyadan və Latın Amerikası ölkələrindən neft idxalını əhəmiyyətli dərəcədə artırıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, aprel–iyun aylarında Rusiyadan xam neft idxalı ABŞ və İsrailin İrana hücumlarından sonra Hörmüz boğazı vasitəsilə tədarükün məhdudlaşması fonunda kəskin artıb.
Nəşr bildirir ki, Hindistanın Rusiya neftinə marağının artmasına ABŞ-nin Rusiyadan neft alınmasına görə tətbiq etməyi planlaşdırdığı əlavə rüsumların ləğvi də təsir göstərib. Vaşinqton bu addımı Fars körfəzindən neft tədarükündə yaranan çatışmazlığı kompensasiya etmək məqsədilə atıb.
16:38 22.07.2026
Oxunuş sayı: 65