İordaniya: İranın buraxdığı altı raket ölkəni hədəf alıb
İordaniya hakimiyyəti İran tərəfindən buraxılan altı raketin ölkə ərazisini hədəf aldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Petra" dövlət agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, İordaniya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri İran ərazisindən buraxılan altı raketi aşkarlayıb. Onlardan dördü ölkənin hava məkanına daxil olduqdan dərhal sonra məhv edilib.
Digər iki raket isə yaşayış olmayan ucqar ərazilərə düşüb.
İordaniya hərbi mənbələrinin bildirdiyinə görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, həmçinin maddi ziyan qeydə alınmayıb.
15:19 22.07.2026
Oxunuş sayı: 46