Ornella Muti Rusiya vətəndaşlığı almaq istəyir
İtaliyalı aktrisa Ornella Muti və qızı, müğənni Naike Rivelli Rusiya vətəndaşlığı almaq üçün müraciət ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Naike Rivelli Rusiya KİV-inə açıqlamasında ailələrinin rus köklərinə malik olduğunu bildirib.
“Bizim rus köklərimiz var. Mənşəyimizdən, ailəmizdən və dostlarımızdan imtina edə bilmərik”, – deyə o bildirib.
Hazırda Ornella Muti və qızının Rusiya vətəndaşlığı ilə bağlı müraciətinə baxıldığı qeyd olunur.
15:36 22.07.2026
Oxunuş sayı: 58