İrəvanda Narek Karapetyanın taleyi həll olunur
Ermənistan Mərkəzi Seçki Komissiyası Milli Assambleyanın deputatı Narek Karapetyan barəsində cinayət işinin başlanması məsələsini müzakirə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, Narek Karapetyan rusiyalı iş adamı Samvel Karapetyanın qardaşı oğludur.
Bildirilir ki, araşdırma deputatın ikili vətəndaşlığa malik olması faktını gizlətməsi, eləcə də hərbi xidmətdən yayınması iddiaları ilə bağlı aparılır.
15:04 22.07.2026
Oxunuş sayı: 54