Rubio: Çin ABŞ və Rusiya ilə nüvə silahları üzrə danışıqlara qoşulmalıdır
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Çin Xalq Respublikasının ABŞ və Rusiya ilə nüvə silahlarına nəzarət üzrə danışıqlara qoşulmasını dəstəklədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Rubio jurnalistlərə açıqlamasında bildirib ki, Prezident Donald Trampın mövqeyi ədalətlidir.
“Düşünürəm ki, Prezident Donald Tramp haqlı olaraq qeyd edir ki, XXI əsrdə silahlara nəzarət üzrə real mexanizm üçtərəfli olmalıdır. Bu prosesdə ABŞ, Rusiya və Çin iştirak etməlidir”, – deyə Rubio vurğulayıb.
14:37 22.07.2026
Oxunuş sayı: 55