Putin: Rusiyanın yanacaq bazarındakı çətinliklər müvəqqətidir
Rusiya Prezidenti Vladimir Putin ölkənin yanacaq bazarında yaranan çətinliklərin müvəqqəti xarakter daşıdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Putin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd edib ki, mövcud problemlər Rusiyanın ümumi iqtisadi vəziyyətinə təsir göstərə biləcək səviyyədə deyil.
“Bu çətinliklər müvəqqəti xarakter daşıyır və Rusiyanın iqtisadiyyatındakı ümumi mənzərəyə təsir göstərə biləcək vəziyyətdə deyil”, – deyə Rusiya prezidenti vurğulayıb.
14:34 22.07.2026
Oxunuş sayı: 60