Mixail Fedorov Zelenskinin təklif etdiyi alternativ vəzifələrdən imtina edib
Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov Prezident Volodimir Zelenskinin ona təklif etdiyi alternativ vəzifələri qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Fedorov Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən hansı səbəbdən azad edildiyini anlamadığı üçün ona təklif olunan digər vəzifələrdən imtina edib.
Məlumata əsasən, Fedorov vəzifədən uzaqlaşdırılmasının səbəbləri ilə bağlı aydın izah almadığını düşündüyü üçün yeni təklifləri qəbul etməyib.
14:14 22.07.2026
Oxunuş sayı: 52