Eva Peronun cəsədi 16 il gizlədilib
Argentina tarixinin ən məşhur simalarından biri olan Eva Peronun cəsədi ölümündən sonra 16 il ərzində müxtəlif ölkələrdə gizlədilib.
Crossmedia.az BBC-yə istinadən xəbər verir ki, 1955-ci ildə baş verən hərbi çevrilişdən sonra hakimiyyət Eva Peronun mumiyalanmış cəsədini xalq üçün müqavimət rəmzinə çevrilməsinin qarşısını almaq məqsədilə gizli şəkildə Buenos-Ayresdən çıxarıb. Cəsəd əvvəlcə şəhərin müxtəlif yerlərində saxlanılıb, daha sonra isə saxta ad altında İtaliyanın Milan şəhərində dəfn edilib.
Məlumata görə, yalnız 1971-ci ildə Eva Peronun nəşi həyat yoldaşı, sabiq prezident Xuan Perona qaytarılıb. O, 1976-cı ildə isə Buenos-Ayresdəki Rekoleta qəbiristanlığında xüsusi mühafizə olunan sərdabədə dəfn edilib.
01:20 23.07.2026
Oxunuş sayı: 259