Peskov: Ukraynanın yeni baş komandanı cəbhədə vəziyyəti dəyişməyəcək
Rusiya Prezidenti Dmitri Peskovun mətbuat katibi Dmitri Peskov hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanının təyin olunması döyüş meydanındakı vəziyyətə təsir etməyəcək.
Crossmedia.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərlə keçirdiyi gündəlik brifinq zamanı danışıb.
“Düşünmürəm ki, bu (Ukrayna Silahlı Qüvvələrinin baş komandanının dəyişdirilməsi – red.) cəbhələrdə hər hansı dəyişikliklərə səbəb olacaq. Oradakı dinamika hamıya məlumdur: bizim silahlı qüvvələrimiz xüsusi hərbi əməliyyat çərçivəsində bütün cəbhə xətti boyunca hücum əməliyyatlarını davam etdirir”, – deyə Kremlin sözçüsü bildirib.
Peskov əlavə edib ki, hazırda Ukrayna hakimiyyətində daxili gərginliyin olduğu “çılpaq gözlə görünür”.
13:54 22.07.2026
Oxunuş sayı: 51