Lavrov: Rusiya heç kimə hücum etməyi planlaşdırmır
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvanın heç bir ölkəyə hücum etmək niyyəti yoxdur, lakin Avropa ilə mümkün qarşıdurma baş verərsə, bunun qeyri-konvensional müharibəyə çevriləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Lavrov bu barədə Rusiya–ASEAN formatında keçirilən nazirlər görüşünün yekunlarına dair açıqlamasında danışıb. Məlumatı “RIA Novosti” yayıb.
Lavrov Rusiya Prezidenti Vladimir Putinin bu məsələdə mövqeyini xatırladaraq bildirib ki, Moskva heç kimə qarşı hücum planlaşdırmır.
“Putin çox aydın şəkildə cavab verib ki, biz heç kimə hücum etmək niyyətində deyilik. Lakin onlar yenidən bütün Avropanı müəyyən şüarlar ətrafında birləşdirərək bizə qarşı hücuma cəhd etsələr, bu artıq qeyri-konvensional müharibə olacaq”, – deyə Lavrov bildirib.
13:46 22.07.2026
Oxunuş sayı: 61