Zelenski: Ukrayna bu vəziyyətdən daha güclü çıxmalıdır
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı vəzifəsində dəyişikliklə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Zelenski vəzifədən azad edilən Aleksandr Sırskiyin Ukrayna üçün bir sıra mühüm əməliyyatlarda nəticələr göstərdiyini bildirib.
Ukrayna lideri qeyd edib ki, Sırski Kiyevin müdafiəsi, Xarkov əks-hücum əməliyyatı və Kursk əməliyyatı zamanı ölkənin müdafiəsinə rəhbərlik edib.
"Biz uzun yol keçmişik. Ukraynanın müdafiəsi davam edir və hər bir döyüşçüyə ləyaqətlə yanaşılmalıdır", – deyə Zelenski bildirib.
Yeni baş komandan təyin olunan Mixail Drapatıyə toxunan Zelenski qeyd edib ki, Ukraynanın qarşısında duran əsas məqsəd dəyişməz qalır.
"Biz hamımız eyni şeyi istəyirik. Ukrayna bu vəziyyətdən daha güclü çıxmalıdır və Rusiya üçün daha çətin olacaq", – deyə Ukrayna Prezidenti vurğulayıb.
12:56 22.07.2026
Oxunuş sayı: 60