İsrailli general: İranın raket ehtiyatlarının azaldığını düşünmək səhvdir
İsrailin hava hücumundan müdafiə sisteminin keçmiş komandiri, briqada generalı Zvika Haymoviç İranın raket imkanları ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Haymoviç İranın 11 gün ərzində İordaniya istiqamətində 50-dən çox raket buraxdığını bildirib.
Onun sözlərinə görə, İranın raket ehtiyatlarının ciddi şəkildə azaldığını düşünənlər vəziyyəti düzgün qiymətləndirmirlər.
“İnanmaq ki, İranın yalnız az sayda raketi qalıb, yanlışdır. Raketləri olmayan bir ölkə İsrailin onu növbəti mərhələdə gözlədiyini bilə-bilə bu qədər böyük sayda raket buraxmazdı”, – deyə general bildirib.
Haymoviç qeyd edib ki, İranın raket imkanları ilə bağlı real vəziyyəti qiymətləndirərkən təkcə atılan raketlərin sayına deyil, həm də ölkənin strateji ehtiyatlarına diqqət yetirmək lazımdır.
12:43 22.07.2026
Oxunuş sayı: 56