Hegset: Rusiya və Çin müxtəlif səviyyələrdə İrana dəstək verir
ABŞ-nin müdafiə naziri Pit Hegset Rusiya və Çinin müxtəlif səviyyələrdə İrana dəstək verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Hegset bu barədə jurnalistin "Rusiya və Çin İrana kömək edirmi və əgər edirsə, bunu necə edirlər?" sualını cavablandırarkən danışıb.
"Bu iki ölkə müxtəlif səviyyələrdə bu və ya digər formada İranın həyata keçirdiyi fəaliyyətlərə dəstək verir. Bəli", – deyə ABŞ-nin müdafiə naziri vurğulayıb.
Hegset Rusiya və Çinin İrana hansı formada dəstək göstərdiyi barədə əlavə təfərrüat açıqlamayıb.
11:57 22.07.2026
Oxunuş sayı: 66