Fransada 15 yaşdan kiçiklər üçün sosial şəbəkələr qadağan edilir
Fransada 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadə qadağan olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Onun sözlərinə görə, yeni qaydalar sentyabr ayından qüvvəyə minəcək. Qanuna əsasən, 15 yaşdan kiçik istifadəçilərin sosial şəbəkə hesabları silinəcək.
Bundan əlavə, 15-18 yaş arası yeniyetmələr üçün "rəqəmsal komendant saatı" tətbiq ediləcək. Bu yaş qrupunun sosial şəbəkələrdən istifadəsinə müəyyən saatlarda məhdudiyyət qoyulacağı bildirilir.
Makron qeyd edib ki, qərarın məqsədi uşaqları və yeniyetmələri internetdəki zərərli məzmundan və rəqəmsal asılılıqdan qorumaqdır.
10:56 22.07.2026
Oxunuş sayı: 55