İrana qarşı əməliyyatlarda yaralanan ABŞ hərbçilərinin sayı 500-ü ötüb
İrana qarşı hərbi əməliyyatlar zamanı yaralanan ABŞ hərbçilərinin sayı 500 nəfəri keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Nəşrin yazdığına görə, yaralananların əksəriyyəti müxtəlif dərəcəli xəsarətlər alıb və onlara ABŞ-ın regiondakı hərbi bazalarında, eləcə də digər tibb müəssisələrində yardım göstərilir.
Məlumatda qeyd olunur ki, Pentaqon yaralı hərbçilərin vəziyyətini nəzarətdə saxlayır və onların bir hissəsi artıq yenidən xidmətə qayıdıb. ABŞ Müdafiə Nazirliyi isə məsələ ilə bağlı rəsmi statistik məlumatı hələ açıqlamayıb.
11:06 22.07.2026
Oxunuş sayı: 56