Pentaqonun mühüm xərclər üçün vəsaiti bir neçə həftəyə tükənə bilər
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) vacib əməliyyat və hərbi xərcləri maliyyələşdirmək üçün nəzərdə tutulan vəsaiti yaxın bir neçə həftə ərzində tükənə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Nəşrin yazdığına görə, maliyyə çatışmazlığı Konqres tərəfindən əlavə vəsait ayrılmadığı təqdirdə Pentaqonun bir sıra prioritet proqramlarına və əməliyyatlarına mənfi təsir göstərə bilər.
Məlumatda qeyd olunur ki, ABŞ administrasiyası vəziyyətin aradan qaldırılması üçün Konqreslə danışıqları davam etdirir. Bununla belə, əlavə maliyyələşdirmə ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
10:57 22.07.2026
Oxunuş sayı: 59