KİV: Britaniya və Almaniya 2 min kilometrlik yeni raket hazırlayır
Böyük Britaniya və Almaniya 2 000 kilometr məsafəni vura bilən yeni uzaqmənzilli raketin hazırlanması üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Nəşrin yazdığına görə, layihə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi çərçivəsində həyata keçirilir. Yeni raketin Avropanın müdafiə potensialını artırması və NATO-nun çəkindirmə imkanlarını gücləndirməsi nəzərdə tutulur.
Məlumata əsasən, raketin hazırlanması ilə bağlı işlər artıq başlanıb. Layihənin texniki xüsusiyyətləri və istifadəyə veriləcəyi tarix hələlik açıqlanmayıb.
10:54 22.07.2026
Oxunuş sayı: 54