Əmək və sosial siyasət

Əhaliyə şad xəbər: pensiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə dekabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Crossmedia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, dekabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin dekabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

14:14 24.12.2024

Oxunuş sayı: 4487

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR