Rusiyada bank əməkdaşının milyonları mənimsəmə sxemi üzə çıxdı
Rusiyada İstintaq Komitəsi bank əməkdaşına xüsusi hərbi əməliyyat iştirakçılarına ayrılan 69 milyon rubl məbləğində ödəniş vəsaitini mənimsəmək ittihamı irəli sürüb.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə İstinadən xəbər verir.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək hərbçilərin hesablarına vəsaitin daxil olması barədə məlumat əldə edib. Bildirilir ki, o, 2025-ci il ərzində mütəşəkkil cinayət qrupunun üzvlərinə hərbçilərin adından saxta pulköçürmə ərizələri hazırlamaqda kömək edib.
18:16 16.07.2026
Oxunuş sayı: 58