Lisandro Martines "Mançester Yunayted"lə müqavilə müddətini yeniləməyəcək
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Lisandro Martines rəhbərliyi açıq şəkildə tənqid etdikdən sonra komanda ilə sözləşmənin müddətini uzatmağı planlaşdırmır.
Crossmedia.az "The Athletic"ə istinadən xəbər verir ki, argentinalı futbolçu UEFA Çempionlar Liqasında "Atletiko"ya məğlubiyyətdən (0:2) sonra texniki direktor Ceyson Uilkosu tənqid edib.
O, digər komandalarla rəqabət aparmaq üçün klubun daha çox futbolçu transfer etməli olduğunu bildirib. Bu fikirlərə görə Mançester təmsilçisi oyunçuya pul cəriməsindən tutmuş qısamüddətli kənarlaşdırmaya qədər sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
28 yaşlı müdafiəçinin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır və onun yeni sözləşmə imzalamaqdan imtina edəcəyi bildirilib.
Qeyd edək ki, Lisandro Martines 2026/2027 mövsümündə meydana çıxdığı 7 oyunda 1 qol vurub.
17:22 15.10.2026
Oxunuş sayı: 64