Kanadadakı diaspor təşkilatımız üç fərqli mükafata layiq görülüb
Kanadada fəaliyyət göstərən Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası “Regina icmasının seçimi – 2026” proqramının üç fərqli mükafatına layiq görülüb.
Crossmedia.az xəbər verir ki, səsverməsinin nəticələrinə əsasən, Assosiasiya “İcma Qrupları” kateqoriyasında qızıl, “İcma Təşkilatı” kateqoriyasında gümüş, “Qeyri-Kommersiya Təşkilatı” kateqoriyasında isə bürünc mükafat qazanıb.
Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası Kanada cəmiyyətində müxtəlif etnik və mədəni icmalar arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə, Regina şəhərində multikultural dəyərlərin təşviqi istiqamətində həyata keçirdiyi ardıcıl və genişmiqyaslı layihələrə görə bu titullara sahib olub.
“Regina icmasının seçimi” Recayna şəhərində hər il keçirilən ictimai səsvermə proqramıdır. Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının üç fərqli kateqoriya üzrə mükafat qazanması təşkilatın cəmiyyətə verdiyi töhfənin, həyata keçirdiyi sosial və mədəni layihələrin, eləcə də multikultural dəyərlərin təşviqi istiqamətində gördüyü işlərin yüksək qiymətləndirilməsinin göstəricisidir.
Qeyd edək ki, 2023-cü ildə fəaliyyətə başlayan Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası Saskaçevan əyalətində Azərbaycan mədəniyyətinin tanıdılması, müxtəlif icmalar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəni mübadilənin təşviqi istiqamətində fəaliyyət göstərir.
20:49 15.07.2026
Oxunuş sayı: 25