Oman İrana etiraz notası verib
Oman Xarici İşlər Nazirliyi İranın ölkənin bəzi ərazilərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi ilə bağlı Tehrana etirazını bildirib. Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.
Məlumata görə, Oman Xarici İşlər Nazirliyi İranın Maskatdakı səfirinə rəsmi etiraz notası təqdim edib.
Bildirilib ki, etiraz Müsnədəm və Əl-Vusta vilayətlərində bəzi ərazilərin pilotsuz uçuş aparatları ilə hədəfə alınması ilə əlaqədardır.
Oman tərəfi insidentlə bağlı narahatlığını ifadə edib və ölkənin suverenliyi ilə ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb.
17:52 12.07.2026
Oxunuş sayı: 72