Azərbaycanın qızlardan ibarət basketbol millisi İsveçrə ilə qarşılaşıb
Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi FIBA Avropa çempionatının B divizionunda sonuncu oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, komanda İsveçrə ilə qarşılaşıb.
Bolqarıstanın Samokov şəhərində, Bakı vaxtı ilə saat 16:15-də start götürən görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 63:56.
Beləliklə, Azərbaycan millisi turniri 11-ci pillədə başa vurub.
20:55 12.07.2026
Oxunuş sayı: 65