Çin "Starlink" üçün potensial təhlükə yaradan güclü mikrodalğalı silah hazırlayıb
Çin hərbçiləri kosmik aparatları sıradan çıxarmaq imkanına malik yeni impulslu mikrodalğalı silah hazırlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, yeni sistem 100 giqavata qədər gücə malik impulslar yarada bilir və peyk sistemlərinin fəaliyyətini pozmaq potensialına malikdir.
Bildirilir ki, çinli alimlərin hazırladığı texnologiya laboratoriya prototipləri mərhələsini uğurla keçərək praktik istifadəyə uyğunlaşdırılıb. Eyni zamanda sistemin əvvəlki nümunələrlə müqayisədə daha dayanıqlı və səmərəli olduğu qeyd edilir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, bu cür silahların tətbiqi kosmosdakı hədəflərin ənənəvi üsullarla məhv edilməsindən daha ucuz başa gəlir.
Qeyd olunur ki, belə texnologiyalar gələcəkdə "Starlink" kimi peyk rabitəsi şəbəkələri üçün potensial təhlükə yarada bilər.
18:20 12.07.2026
Oxunuş sayı: 98